“Kuins Park Reyncers”in sabiq futbolçusu Akoş Bujakinin Macarıstanda itkin düşməsi ilə bağlı İngiltərə klubundan açıqlama verilib.
Klub açıqlamasında azarkeşlərin sevimlisi olan sabiq futbolçunun itkin düşməsindən narahat olduqlarını və onun sağ-salamat tapılması üçün dua etdiklərini bildirib.
Akoş karyerası ərzində “Plimut”, “Portsmut”, “Portu”, MTK, “Barnsli” və “Ferentsvaroş”da çıxış edən Bujaki Macarıstan millisində 20 oyun keçirib və 1 qol vurub, peşəkar karyerasını 2015-ci ildə başa vurub.
Macarıstan mətbuatının məlumatına görə, 44 yaşlı Bujaki bir həftədən çoxdur ki, yaxınları ilə əlaqə saxlamır və polis onun axtarışlarını davam etdirir.
