“Qarabağ” heyətini yeni legionerlərlə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu hətta onlardan birini bu gün təqdim etməyə hazırlaşır.
Polşanın “Qornik” klubunun sol vingeri Taofik İsmahil karyerasını ölkəmizdə davam etdirəcək. 26 yaşlı nigeriyalı futbolçu artıq Bakıdadır. Ağdam təmsilçisi yeni transferini bu gün Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Niderland “Tvente”si ilə görüşdə təqdim edəcək. Taofikin bu matçın fasiləsi zamanı azarkeşlərə təqdim olunması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” İsmahil ilə yanaşı, daha iki legioneri artıq Bakıya dəvət edib. Onların da bugünkü matçda azarkeşlərə təqdim edilməsi mümkündür. Amma bu, həmin legionerlərlə danışıqların nə dərəcədə yekunlaşmasından asılıdır.
