Basketbol üzrə 2027-ci il dünya çempionatının seçmə mərhələsinin ikinci mərhələsində qrup oyunları davam edir.

I qrupunda Gürcüstan Monteneqronu 101:74  hesabı ilə məğlub edib, Ukrayna Yunanıstana 82:76 hesabı ilə qalib gəlib. İspaniya isə Portuqaliyaya 89:95 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra İspaniya və Ukrayna hərəyə 5 qələbə ilk ilk iki pilləni bölüşür, Gürcüstan, Monteneqro və Portuqaliya hərəyə 4 qələbə ilə növbəti yerlərdə qərarlaşıb, Yunanıstan isə 3 qələbə ilə qrup sonuncusudur.

J qrupunda Bosniya və Herseqovina İtaliyanı 78:76  hesabı ilə məğlub edib, Serbiya İslandiyaya 102:73  hesabı ilə qalib gəlib. Türkiyə isə “Sabah”ın sabiq baş məşqçisi Rimas Kurtinaytisin çalışdrırdığı Litva üzərində 94:66 hesablı qələbə qazanıb.

Türkiyə 7 qələbə ilə qrupda liderdir, İtaliya və Serbiyanın hərəyə 5 qələbəsi var, Litva, İslandiya və Bosniya və Herseqovina isə 3 qələbə ilə turnir cədvəlində sonrakı pillələri bölüşür.

Shares: