“US Open”də qadınların yarışında ilk günün oyunları keçirilib.

WTA reytinqində 3-cü pillədə qərarlaşan Cessika Pequla rumıniyalı Elena Qabriel Rusa ilə münasibətlərinə aydınlıq gətirib. 1 saat 23 dəqiqə davam edən görüşdə amerikalı tennisçi ciddi müqavimətlə üzləşməyib. İlk setdə Cessika rəqibinə cəmi 3 geym qazanmağa imkan verib. Növbəti hissə onun üçün daha asan keçib. Bu dəfə Pequla 6:2 hesabı ilə qalib gəlib.

Maraqlıdır ki, ABŞ təmsilçisi oyun ərzində 18 breyk imkanı əldə edib, ancaq onların cəmi 4-dən yararlana bilib. Ruse isə bir dəfə də olsun breyk edə bilməyib.

Ukraynalı Marta Kostyuk da günü qələbə ilə başa vurub. Reytinqdə 11-ci sıranı tutan avropalı raketka ustası avstraliyalı Storm Hanteri mübarizədən kənarlaşdırıb. İlk setdə 6:4 hesabı ilə qalib gələn Kostyuk fasilədən sonra kortda inamlı çıxışı ilə diqqət çəkib. Bu dəfə 6:1 hesabı qeydə alınıb. Marta 1 saat 8 dəqiqə ərzində 8 eys və 4 breyklə diqqət mərkəzinə düşüb.

Kostyukun həmyerlisi Elina Svitolina da parlaq qələbə ilə yadda qalıb. Ukraynalı tennisçi argentinalı Solana Syerradan bütün göstəricilərdə üstün olub. 53 dəqiqə davam edən matç Svitolinın 6:1 və 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

46 yaşlı 23 qat “Dəbilqə” çempionu olan amerikalı Serena Uilyamsla həmyerlisi Sofiya Kenin arasında görüş isə əlamətdar hadisəyə çevrilib. Belə ki, yerli vaxtla gecə yarısı 1-ə 13 dəqiqə işləmiş başlayan oyun “US Open” tarixində ən gec start götürən oyun kimi tarixə düşüb. Matç Uilyamsın 2:6 və 6:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Shares: