“Qarabağ” Dani Bolt ilə yollarını ayırıb. Braziliyalı müdafiəçinin vidasını Ağdam klubu rəsmən açıqlayıb.

2025-ci ilin yayında “Qarabağ”a keçən cinah oyunçusu bu müddətdə 43 oyun keçirib, 1 qola imza atıb.

Klub futbolçuya çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Boltun Ağdam klubundan ayrılaraq Malayziya “Johor”una gedəcəyini ilk dəfə “Futbolinfo” yazmışdı.

Shares: