İtaliyanın “Bolonya” klubu Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasından müdafiəçi Artur Teatı transfer edib.

Futbolinfo.az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisinin 26 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına qədər icarəyə götürülüb.

Müqavilədə A Seriyası klubunun oyunçunun transfer hüquqlarını sonradan satın almaq şərti də var. O, 2022-ci ilin yayında “Bolonya”dan “Renn”ə (Fransa) transfer olunmuşdu.

Artur Teat Belçika yığmasının heyətində DÇ-2026-da da iştirak edib. O, 2025/2026 mövsümündə keçirdiyi 33 matçda 1 qol vurub.

“Transfermarkt” portalı futbolçunun dəyərini 17 milyon avro qiymətləndirir.

Shares: