“Mançester Yunayted” İngiltərə Premyer Liqasında öz xeyrinə qeydə alınan avtoqolların sayında rekord müəyyənləşdirib.

“Qırmızı şeytanlar”ın çempionatın 2-ci turunda “İpsviç”i 5:2 hesabı ilə məğlub etdikləri görüşün 56-cı dəqiqəsində Harri Maquayrın zərbəsindən sonra top rəqib müdafiəçi Ceykob Qrivzin ayağından qapıya daxil olub və qol avtoqol kimi qeydə alınıb.

Bu, “Mançester Yunayted”in Premyer Liqa tarixində xeyrinə yazılan 80-ci avtoqol olub. Bununla da mankunianlar 79 belə qolla “Liverpul”u geridə qoyaraq turnirin tarixində bu göstərici üzrə mütləq rekordçuya çevriliblər.

Shares: