“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə çempionatının 2-ci turunun “İpsviç Taun”la ev matçında (5:2) het-trik edib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu bu göstərici (3 het-trik) üzrə 2003-2009 və 2021-2022-ci illərdə Mançester təmsilçisində çıxış etmiş həmyerlisi Kristiano Ronaldoya çatıb.
B.Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümünün yekunlarına əsasən İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən ilin ən yaxşı oyunçusu seçilib. O, Ronaldodan (2006/2007 və 2007/2008 mövsümləri) sonra bu mükafatı alan ikinci portuqaliyalı futbolçu olub.
