Milli komanda

Klubsuz qalan yığma oyunçuları

renatesas - Futbolinfo.az

Milli komandamızın 3 oyunçusu klubsuz qalıb. Onlar arasında əvvəllər yığmaya çağırılanlar da var, hazırda komandanın üzvü olanlar da.

Ötən yay “Sumqayıt”ı “Serikspor”a dəyişən Sərtan Taşkına heç kim diqqət göstərmir. Türkiyə klubundan ayrılan cinah müdafiəçisi hətta Azərbaycan I Liqa klublarının da maraq dairəsində deyil. 28 yaşlı oyunçu özü bir neçə kluba müraciət edib, lakin müsbət cavab almayıb.

Coşqun Diniyev də yeni komanda tapa bilməyib. “Araz-Naxçıvan”dan ayrılan yarımmüdafiəçi ölkə xaricində axtarışdadır. Vaxtilə 3 fərqli Türkiyə klubunda çıxış etmiş 30 yaşlı oyunçu yenə qardaş ölkədə çıxış etməyə ümid bəsləyir.

Polşa karyerasını bitirən Renat Dadaşov da heç kimlə razılığa gələ bilmir. O, “Neftçi” və “Zirə” ilə danışıqlar aparsa da, razılaşmaq mümkün olmayıb. İndi isə 27 yaşlı mərkəz hücumçusu ortada qalıb.

Shares: