Digər idman növləri

38-ci yerdə olan… lider

b928edc0 a48c 11f1 8395 fb1eae51ae18 - Futbolinfo.az

“Vuelta” velosiped yarışında 13-cü mərhələ başa çatıb. Bu dəfə iştirakçılar İspaniyanın Almunyekar və Loxa şəhərləri arasında 192,8 km məsafə qət ediblər.

Mərhələnin finişində ən sürətli nəticəni “Visma” komandasının belçikalı velosipedçisi Vaut van Art göstərib. O, məsafəni 4 saat 34 dəqiqəyə başa vurub. “Soudal Quick-Step”in fransalı üzvü Valentən Pare-Pentr eyni vaxtla ikinci olub. Van Artın britaniyalı komanda yoldaşı Metyu Brennan isə ondan 24 saniyə geri qalaraq üçüncü yeri tutub.

Çempionatın əsas favoriti olan “Movistar”ın velosipedçisi Enrik Mas bu dəfə 38-ci yerlə kifayətlənib. Hazırda  ispaniyalı idmançı 13 mərhələdən sonra ümumi sıralamada 45 saat 8 dəqiqə 51 saniyəlik göstərici ilə liderliyini davam etdirir. “Red Bull”un sloveniyalı üzvü Primoj Roqliç ondan 1 dəqiqə 45 saniyə geridə qalmaqla ikinci, “Decathlon”un avstriyalı velosipedçisi Feliks Qall isə 2 dəqiqə 6 saniyə fərqlə üçüncü pillədə qərarlaşıb.

Shares: