Digər idman növləri

“Neftçi SOCAR” mövsüm finalında mübarizəyə başlayır

UaaF7G e1788594616366 - Futbolinfo.az

Bu gün 3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçiriləcək yarışın qrup mərhələsində ilk olaraq Fransa ilə (12:45) qarşılaşacaq.

Komanda daha sonra müvafiq olaraq Niderland (14:50) və Almaniya (16:55) seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

Shares: