“Şalke” klubunun prezidenti Aksel Höfer Bundesliqada rəqabəti artırmaq üçün çempionatın formatının dəyişdirilməsini təklif edib. O, “Bayern”in prezidenti Herbert Haynerlə birlikdə “Bild”ə müsahibəsində hazırkı vəziyyətin həm azarkeşlər, həm də Münhen təmsilçisi üçün ideal olmadığını bildirib.
Höferin sözlərinə görə, 13 yaşlı oğlu ömründə Almaniya çempionu kimi yalnız bir dəfə “Bayen”dən başqa komandanı görüb və bu vəziyyət artıq maraqsızlaşır. “Şalke” rəhbəri hesab edir ki, “Bayern”in özü də çempionatın formatına yenidən baxılmasında maraqlı olmalıdır. Onun fikrincə, bu halda Münhen klubu hər il Çempionlar Liqasında oynamağa davam etməklə yanaşı, Bundesliqada rəqabəti də artırmaq imkanı əldə edər”.

