Digər idman növləri

MPK-da parataekvondoçularla görüş keçirilib

görüş
Səs süni intellektlə yaradılıb.

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyada keçirilən “Muju Qran-pri” turnirində uğur qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə yarışda K44 kateqoriyası üzrə 58 kq çəki dərəcəsində qızıl medal qazanan Sabir Zeynalov, İmaməddin Xəlilov və milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, həmçinin ilin sonunadək keçiriləcək beynəlxalq turnirlər və noyabrda baş tutacaq dünya çempionatına hazırlıq prosesi müzakirə olunub.

Tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də yer alıblar.

Shares: