Türkiyədə təlim-məşq toplanışı keçəcək "Qəbələ"nin daha bir rəqibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yuri Syomin yetirmələrini həmyerliləri ilə oyunda sınayacaq.
Belə ki, "Qəbələ"nin rəqibi "Volqa" olacaq. Təmsilçimiz Vaqif Cavadovun sabiq klubu ilə yanvarın 22-də qarşılaşacaq.
Qeyd edək ki, "Volqa" Rusiya Premyer Liqasının 19 turunda 18 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
"Qəbələ" Türkiyədə bütövlükdə 7 oyun keçirəcək. Yanvarın 16-da "Konyaspor"la üz-üzə gələcək bölgə təmsilçisi 4 gün sonra Qazaxıstan "Spartak"ını sınağa çəkəcək.





