"Qalatasaray" İngiltərənin "Çelsi" klubunda forma geyən futbolçu Marko Marinlə maraqlanır. Futbolinfo.az xəbər verir ki, bu haqda elə qardaş ölkə mətbuatı informasiya yayıb.
 
Hazırda La Liqada – "Sevilya"da icarə əsasında çıxış edən yarımmüdafiəçi baş məşqçi Roberto Mançini tərəfindən bəyənilib və o, bu barədə klubun menecerləri ilə danışıb.
 
Almaniya millisinin üzvü olan 24 yaşlı Markonun "Çelsi" ilə 2017-ci ilə qədər müqavləsi var.
Shares: