"Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev baş məşqçi Şahin Diniyevlə yollarını ayırmalarına münasibət bildirib. Klub rəsmisi futbolinfo.az saytına açıqlamasında istefanın Diniyev tərəfindən təklif olunduğunu söyləyib:
"Şahin müəllim 3 gün bundan əvvəl bizə müraciət edərək istefaya getmək istədiyini bildirdi. Biz əvvəlcə Diniyevin istefasını qəbul etmədik. Amma sonradan Şahin müəllim fikrinin qəti olduğunu bildirdi və istefasını istədi. Biz də onun istefasını qəbul etdik. Yəni ayrılıq Diniyevin istəyi ilə baş tutub. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Şirəliyev baş məşqçi postuna gətiriləcək türkiyəli mütəxəssis Güvenç Kurtar haqda da danışıb: "Güvenç Kurtar Türkiyədə tanınmış mütəxəssislərdəndi. Amma hələlik onun təyinatı ilə bağlı bir söz deyə bilmərəm. Bütün məsələlər həll olunduqdan sonra hansısa açıqlama vermək olar".





