Rusiya I divizionunda mübarizə aparan “Spartak” (Nalçik) klubu fəaliyyətini dayandıracaq. Futbolinfo.az xəbər verir ki, komanda rəhbərliyi rəsmi olaraq müflisləşdiyini və yaxın günlərdə də çempionatdan çəkiləcəyini açıqlayıb.
“Spartak”ın xarici borcları ilə yanaşı futbolçularına da böyük borcları var. Bu borcları ödəyə bilməyəcəyini deyən idarə heyəti komandanın dağıdılmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Nalçik “Spartak”ı 1935-ci ildə yaradılıb.





