Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha iki görüş baş tutub.
"Roma" doğma meydanda "Sampdoriya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Udineze" isə "İnter"lə ev oyununda qalib gələn tərəf olub. Nəticədə, "Roma" və "Udineze" də adını növbəti mərhələyə yazdırıb.
 
Qeyd edək ki, bu mərhələnin ilk oyunu dekabrın 18-də keçirilmişdi. Həmin oyunda "Yuventus" aşağı liqa klubu "Avellino"ya qalib gələrək ilk 1/4 finalçı olmuşdu.
 
İtaliya Kuboku
1/8 final
8 yanvar
 
Fiorentina – Kyevo – 2:0
 
9 yanvar
 
Roma – Sampdoriya – 1:0
Udineze – İnter – 1:0
 
14 yanvar
 
00:00. Latsio – Parma
 
15 yanvar
 
19:00. Kataniya – Syena
21:00. Milan – Spetsiya
00:00. Napoli – Atalanta
Shares: