İtaliyanın “Roma” klubu Kanadaya futbolçu göndərib. Futbolinfo.az xəbər verir ki, söhbət 26 yaşlı oyunçu Maykl Bredlidən gedir.
Bredli doğma qitəsində “Toronto” klubunun şərəfini qoruyacaq. Onun transferi “canavarlar”a 7 milyon avro qazandıracaq.
ABŞ millisinin üzvü olan Maykl 2012-ci ildən “Roma”da çıxış edirdi.





