Qış fasiləsi zamanı komandaya verilən istirahətdən istifadə edərək Amerikaya yola düşən AZAL-ın hüçumçusu Viktor İqbekoyi bu axşam Bakıya gəlir. Futbolinfo.az xəbər verir ki, futbolçu artıq sabahdan etibarən komanda ilə birgə məşqə çıxacaq.
 
Əslində İqbekoyi Bakıya bir neçə gün öncə gəlməli idi. Ancaq Amerikada hava şəraitinin pis olması hüçumçuya mane olub. Belə ki, Viktor Bakıya gəlmək üçün təyyarəyə bilet alsa da, hava şəraitinin sərt olması uçuşun təxirə salınmasına səbəb olmuşdu.
Shares: