“Qalatasaray”ın prezidenti Ünal Aysal komandasının mövsümün ikinci dövrəsi üçün apardığı hazırlıqları qiymətləndirib. Futbolinfo.az xəbər verir ki, o, ikinci dövrədə işlərin daha da yaxşı gedəcəyini bildirib:
 
"Həm heyətimiz, həm də ümumi komanda tətillərini enerji yığaraq keçirib. İkinci dövrədə çox gözəl günlər keçirəcəyik. 3 turnirdə mübarizəmiz davam edir. Son dərəcə ciddi rəqiblərimiz var. Onlarla başa çıxa biləcək imkanlara sahibik”.
 
Aysal transferi son anda təxirə salınan “Qremio” futbolçusu Aleks Telles barədə də danışıb: Aleksin transferi bu anda müsbət getmir. Bəzi problemlər yaşayırıq. Ticari olaraq ümumi şərtlərdəki razılaşmamızda problem yoxdu, amma texniki olaraq ciddi problemlərimizin olduğunu söyləyə bilərəm. Bu mövzuda alternativimiz var".
 
Bununla da Tellesin “Cim-Bom”a keçməyəcəyi üstüörtülü şəkildə təsdiqlənmiş olub.
Shares: