Türkiyənin “Qaziantepspor” klubunda növbəti istefa yaşanıb. Futbolinfo.az xəbər verir ki, klub prezidenti İbrahim Kızıl postundan getdiyini açıqlayıb.
Bu haqda komandanın rəsmi internet saytı da məlumat yayıb. Kızıl klubun özünə olan borclarını ala bilmədiyini əsas gətirərək, idarə heyəti ilə görüşdükdən sonrə qərarıı açıqlayıb. Bu səhər isə Kızıl ofisindəki əşyaları yığaraq oradan çıxıb. Bundan sonra komandanı konqres üzvləri olan Bilal Çəkər və tərəfdarlarının idarə edəcəyi vurğulanıb.
Qeyd edək ki, Kızılın istefasından sonra “Qaziantepsor”un baş məşqçisi Sergen Yalçının da istefaya gedəcəyi gözlənilir. Çünki yeni rəhbərlik Nurullah Sağlamla çalışmaq fikrindədi.





