Bu il baş tutacaq dünya çempionatı Türkiyə üçün əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, milli komanda özü mundialda iştirak edə bilməsə də, “ay-ulduzlular”ı təmsil edən biri olacaq.
Söhbət təcrübəli FİFA referisi Cüneyt Çakırdan gedir. Bu qardaş ölkənin tarixində 40 illik fasilədən sonra bir ilk olacaq. Məsələ barədə UEFA Hakimlər Komitəsinin nümayəndəsi Uilenberq məlumat verib.
Çakır hazırda Türkiyənin beynəlxalq arenalardakı ən nüfuzlu referisidi.





