Futbol üzrə yeniyetmələrdən ibarət (U-18) Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Valentin Qranatkinin xatirə turniri çərçivəsində 13-cü yer uğrunda Belarus millisi üzərində qələbədən (1:1, pen. 4:2) danışıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Məncə, ilk hissə uğursuz idi. Bəxtimiz gətirdi ki, komandalar fasiləyə bərabər hesabla çıxdılar ki, biz də ikinci hissəyə hesabı bərabərləşdirmək üçün başlamadıq. İkinci hissə daha yaxşı idi. Baxmayaraq ki hər iki qələbə penaltilər seriyasında əldə edilib. Bu, bizim üçün yaxşı nəticədi və mən buna çox şadam.
 
– Bu gün keçirilmiş oyun yüksək məsuliyyətli yoldaşlıq görüşü səviyyəsində idi. Komandalar yüksək yerlər uğrunda mübarizə aparmırdı. Buna rəğmən, kifayət qədər sərt oyun idi. Belarus yığmasının iki oyunçusu zədə aldı. Altı sarı və iki qırmızı vərəqə göstərildi. Bunlar nə üçün baş verdi?
– Bu, futboldu. Mənim əsas məqsədim odu ki, oyunçular futbol oynasın. Sərt oynasalar da, qaydalar çərçivəsində. Bütün qayda pozuntularını isə hakim müəyyən edir.
 
 
– Sizin mükəmməl qapıçınız var. Həm də bu, əksər həmkarlarımızn fikridi. O, ötən oyunda da penaltilər seriyasında yaxşı oynadı. Bu gün bütün görüşü yaxşı keçirdi. Bir neçə dəfə qapısını mütləq qoldan xilas etdi. Yenidən oyunsonrası penaltilər seriyasında hünərini təkrarladı. Siz bu gün onu Latviya ilə oyundakı xidmətlərinə görə meydana buraxmışdınız, yoxsa bu, əvvəlcədən planlaşdırılmışdı?
– Bəli, bu gün o qapıda ötən görüşdəki oyununa görə dayanmışdı. Ancaq ümumiyyətlə deməliyəm ki, qapı xəttində bizim iki yaxşı qapıçımız var. Birinci və ikinci nömrələr. Bizim əla məşqçi qərargahımız var. Həmçinin, qapıçılar üzrə məşqçimiz. Ötən oyunda da mən özüm tərəfindən seçilmiş ən yaxşı oyunçunu qapıçıya dəyişmədim. Ancaq mükafatlandırma mərasimində ən yaxşı oyunçu seçilmiş futbolçumuz mükafatı qapıçıya verdi. Məhz o penaltilər seriyasına görə də bu oyunda əsas oldu. O, buna layiq idi.
Shares: