17 yaşadək futbolçulardan ibarət Nigeriya millisinin futbolçusu Keleçi İxenaço karyerasını "Mançester Siti"də davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, gənc forvard "şəhərlilələr"lə ilkin anlaşma əldə edib.
 
Keleçi İngiltərəyə oktyabrda, 18 yaşı tamam olandan sonra yollanacaq. Premyer Liqa nəhəngi Nigeriya futbol akademiyasına əvvəlcə ümumilkdə 550 min funt-sterlinq ödəyəcək.
 
Qeyd edək ki, İxenaço ötən il gənclər arasında keçirilən dünya çempionatının bombardiri olub.
Shares: