Zaqatalanın "Simurq" klubu Türkiyədəki qış təlim-məşq toplanışı çərçivəsində bu gün Antalyada ilk yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi ilk oyununda Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən matç Zaqatala klubunun qələbəsi ilə başa çatıb. Bu qələbədə xüsusi pay sahiblərindən biri də qapıçı Pavel Kapsa olub. O, ilk yarıda qapılarına təyin olunmuş penaltini dəf etməyi bacarıb.
Yoldaşlıq oyunu
16 yanvar
Simurq – Velbert – 1:0 (1:0)
Qol: Draqan Çeran, 38 (1:0).






