İspaniyanın “Barselona” klubu “Roma”dan futbolçu almaq fikrinə düşüb. Katalonlar Miralem Pyaniçlə danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilşisi Bosniya və Hersoqovinanın 23 yaşlı futbolçusuna cəlbedici təklif göndərib.
 
Lakin italyanlar istedadlı yarımmüdafiəçini əldən bjraxmamaq üçün tezliklə ona yeni müqavilə təklif edib. “Canavar”lar Miralemlə 2019-cu ilədək sözləşmə imzalamaq istəyir. Əgər bu baş tutsa, futbolçunun illik qazancı 3.2 milyon avro olacaq. Lakin “Barselona” Pyaniçə daha çox pul təklif etməklə onu “Roma”dan qoparmaq istəyir.
 
Yeri gəlmişkən, İspaniya mətbuatı Kataloniya klubunun Dortmund "Borussiya"sının yarımmüdafiəçisi İlkay Gündoğana da “elçi” düşdüyünü yazıb. Xəbərə əsasən, “Barsa” rəhbərliyi türk əsilli alman oyunçunun meneceri ilə görüşüb. Onlar İlkayı razı salmaq üçün onun atası və dayısı ilə də danışıqlar aparır. La Liqa nəhəngi ona Xavi Hernandesin əvəzləyicisi kimi baxır.
 
İlkayla "Mançester Yunayted" və "Real"ın (Madrid) da maraqlandığı bilinir.
Shares: