Qış təlim-məşq toplanışın Antalyada davam etdirən "İnter" daha bir futbolçunu baxışa çağırıb. Futbolinfo.az xəbər verir ki, hücumçu tezliklə "bankirlər"in düşərgəsinə qoşulacaq.
 
Kosta-Rikadan olan futbolçunun kimliyi hələ ki, məlum deyil. Lakin onun yaxın günlərdə paytaxt klubunun heyətində yoxlama matçına çıxacağı bildirilir.
 
Qeyd edək ki, "İnter" bir neçə gün öncə almaniyalı Kevin Petsonini və braziliyalı Mateus Lopesi düşərgəyə çağırmışdı. Lakin adıçəkilən futbolçular Kaxaber Sxadadzenin rəğbətini qazanmadığı üçün düşərgədən göndərilib.
Shares: