"Qalatasaray"ın yarımmüdafiəçisi Bruma ilə bağlı verilən xəbər komandanın düşərgəsində mənfi əhval yaradıb. Futbolinfo.az xəbər verir ki, dünən Türkiyə kubokunda "Tokatspor"a qarşı keçirilən oyunda ciddi zədə alan futbolçunun mövsümü bağladığı bildirilib.
 
Həkimlər aparılan müayindədən sonra bu qərara gəliblər. Onlar Brumanın əməliyyata ehtiyacı olduğunu qeyd edib.
 
Qeyd edək ki, Bruma matçın 41-ci dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Shares: