Nəhayət ki, bir müddətdi dolaşan iddialar təsdiqini tapıb. Futbolinfo.az xəbər verir ki, "Qaziantepspor"un baş məşqçisi Sərgən Yalçın istefaya gedib. gənc mütəxəssis İbrahim Kızıl rəhbərliyinin toplu istefasından sonra öz istəyi ilə komandadan ayrılmaq qərarına gəlib.
 
Yalçın qərarını istədiyi mövqələrə transferlər olmaması ilə əlaqələndirib. Baş məşqçi bu səhər futbolçularla vidalaşaraq İstanbula qayıdıb.
 
Hələlik Yalçının istefası ilə bağlı rəsmi açıqlama verilməsə də, xəbərin bu gün və ya sabah rəsmən qçıqlanacağı gözlənilir.
 
Qeyd edək ki, Yalçın noyabrda Qaziantep klubunun başına keçmişdi. Onun gəlişi ilə yüksəlişə keçən Anadolu təmsilçisi Yalçının rəhbərlik etdiyi 6 matçda 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalmışdı. Türkiyə mətbuatı Sərgənin Robert Prosineçkinin göndərilməsindən sonra həftələrdi boş qalan “Kayserispor”un baş məşqçi postuna keçəcəyi iddia olunur.
Shares: