Edin Dzeko qarşıdakı günlərdə "Mançester Siti"ni tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, qış “transfer mövsümü”nün qızışdığı bir ərəfədə İngiltərənin "Daily Mail" nəşri bosniyalı qolçunun İtaliya A Seriyasına yollanacağını yazıb. Bu iddia yeni olmasa da, qəzet Dzekonun "Roma" ilə anlaşdığını iddia edib.
 
Xəbərə görə, 27 yaşlı forvard yaxın günlərdə “canavarlar”ın düşərgəsinə yollanaraq rəsmi sözləşmə imzalayacaq.
 
Qeyd edək ki, Edin "Mançester Siti"də 2011-ci ildən çıxış edir.
Shares: