"Bavariya" rəhbərliyi komandanın istedadlı qolçusu Mario Mandzukiçi uzun illər “Alyans Arena”da saxlamaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, buna görə də, “pivəçilər” xorvat forvardın müqaviləsini yeniləmək üçün onunla danışıqlara başlayıb.
 
Münhen təmsilçisi həm də bir sıra nəhəng klubların Mandzukiçə maraq göstərməsindən narahat olaraq onun sözləşmə müddətini uzatmaq qərarına gəlib. Bunu komandanın idarə heyətinin üzvü Karl-Haynz Rummenige də təsdiqləyib:  "Mandzukiçin komandada qalmasını istəyirik. Bunun üçün onunla danışıqlara başlamışıq. Onun bizim təklifimizi müsbət qarşılayacağına inanırıq".
 
Mandzukiçin hazırkı müqaviləsi 2016-ci ildə qüvvədən düşür.
Shares: