İngiltərənin "Arsenal" klubunun forvardı Lukaş Podolski komandadan ayrılacağına dair iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, son günlər adı “Tottenhem” və “Fənərbaxça” ilə hallanan almaniyalı məsələyə şəxsi tvitter hesabından qısa şəkildə aydınlıq gətirib:
 
"Heç yerə getmirəm. “Tottenhem"də oynamaqdansa, futbolçu karyeramı başa vuraram".
 
2012-ci ilin yayından “Arsenal"da çıxış edən Podolski “topçular”la çıxdığı 46 matçda 19 qola imza atıb.
Shares: