"İnter"in hücumçusu Baçana Sxadadzenin futbolinfo.az saytına müsahibəsi
– Zədədən sonra özünüzü necə hiss edirsiz?
– Düzü, futbol oynamaq üçün çox darıxmışdım. Özümü artıq yaxşı hiss edirəm.
– Təlim-məşq toplanışı necə gedir?
– Hazırlığı ciddi şəkildə davam etdiririk. Əsas hədəfimiz çempionata tam hazır olmaqdı.
– Dünən "İnter" Almaniya 3-cü liqa komandasına 3 cavabsız qolla məğlub oldu. Bu, komandanın hələ tam hazır olmadığını göstəricisidi?
– İlk hissədə heyətdə baxışda olan iki mərkəz müdafiəçisi vardı. Bundan əlavə gənclər daha çox idi. Qolların hamısını uşaq səhvləri ucbatından buraxdıq. İkinci hissədə isə daha yaxşı oynadıq. Bu matçda heç kim nəticə haqda düşünmürdü. Əsasən gəncləri və yeni futbolçuları yoxlamaq üçün nəzərdə tutulmuşdu.
– Komanda çempionata uğursuz başlamışdı. İndi də liderdən xeyli geridəsiz. Necə düşünürsüz, Avroliqaya düşmək şansı hələ də qalır?
– Bizim məqsədimiz ilk üçlükdə olmaqdı. Buna ümid edir və inanıram.
– Atanızın başçılığı altında oynamaq sizə əlavə simul və arxayınlıq verirmi?
– Əksinə, deyərdim ki, bu, əlavə gərginlik verir, daha çox məsuliyyət tələb edir. Arxayınlaşmadan söhbət belə gedə bilməz.
– Azərbaycanda oynamaq Gürcüstan yığmasına çağırılmağınıza maneə olmur ki?
– Daha güclü liqada oynamaq üstünlükdü. Amma düşünürəm ki "İnter"də bir futbolçu kimi çox çey qazanmışam və artırmışam. Bu amil mənə millidə oynamaq üçün maneə ola bilməz.
– Gürcüstan millisinin baş məşqçisi Temuri Ketsbaya sizə daha güclü çempionata keçməyin barədə bir məsləhət veribmi?
– Konkret harasa get deməyib. Amma təbii ki, hər bir yığma komandanın baş məşqçisi istəyər ki, onun futbolçuları güclü çempionatda, iddialı klublarda çıxış etsinlər. Mən düşünmürəm ki, Azərbaycan çempionatı zəifdi.
– TPL-də forma geyən hansı 1 legioner və 1 yerli futbolçunun sizinlə eyni komandada görmək istərdiz?
– (gülür) Oynamaq istədiyim həm yerli, həm də legioner futbolçular elə hazırda mənimlə bir klubdadılar.
KƏMALƏ İSMAYILOVA






