Bu gün İspaniya kubokunda baş tutacaq “Baselona” – "Xetafe" oyunu katalonların yarımmüdafiəçisi Xavi Hernandes üçün əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, o, komandası ilə 700-cü matçına çıxacaq.
 
Futbolçu matçdan öncə hisslərini jurnalistlərlə bölüşüb: “Uzuzn illərdi burdayam. Dəfələrlə klubdan ayrılmaq şansım olsa da, buna əhəmiyyət verməmişəm. Hətta 2008-ci ildə "Bavariya"ya transfer olmağa çox yaxın idim. Münhen təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşırdım. Ancaq Xosep Qvardiolanın gəlişi ilə vəziyyət dəyişdi. O, yeni bir komanda yaradacağını və mənim çox önəmli futbolçu olduğumu dedi. "Barsa"da qalmaqla düzgün qərar verdim".
 
Xavi 1998-ci ildən “Barselona”da çıxış edir.
Shares: