“Mançester Yunayted"də zədə sindromu baş alıb gedir. Futbolinfo.az xəbər verir ki, bu gedişlə baş məşqçi Devid Moyes hücumda oynatmağa futbolçu tapmayacaq. "The Guardian" nəşrinin xəbərinə görə, "qırmızı şeytanlar"ın aparıcı futbolçusu Ueyn Runinin zədə müddəti uzanıb.
 
28 yaşlı forvardın qasıq nahiyəsindəki yara təxmin olunandan gec sağalacaq. Runi bundan sonra hələ 3 həftə komandasına kömək edə bilməyəcək.
 
Məlumatınız olsun ki, komandanın digər əsas forvardı Robin van Persi də hazırda zədədən əziyyət çəkir. Onun da gələn ay sağalacağı gözlənilir.
Shares: