Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ötən “Rubin”in baş məşqçisi Renat Bilyaletdinovla görüşüb. Futbolinfo.az xəbər verir ki, hər iki mütəxəssis bu görüşlə bağlı Rusiya mətbuatına öz fikirlərini açıqlayıb.
 
Foqts bunları söyləyib: “Hazırda Türkiyə Azərbaycandan altı komanda hazırlaşır. Buna görə də, mənim üçün bura gəlməmək qəribə olardı. “Rubinə gəlincə, burada bir azərbaycanlı oyunçu – Ruslan Abışov çıxış edir. O, yığmanın liderlərindən biridir. Təəssüf ki, ötən il o, “Rubin”də az oyun təcrübəsi əldə edib. Ola bilər ki, bu, onun gənc olması ilə bağlıdır. Ancaq indi “Rubin”i yeni baş məşqçi çalışdırır və mən ümid edirəm ki, o, Abışova şans verəcək. Bilyaletdinovu əvvəllər də tanıyırdım. O, Almaniyaya gəlib. Qeyd edim ki, almanca çox yaxşı danışır".
 
“Deyirsiniz ki, Foqts mənim dil səbiyyəmi tərifləyib”?, deyərək Bilyaletdinov təbəssümünü gizlətməyib: "Axı mən dili məktəbdə və institutda öyrənmişəm. Həmçinin, mən bir il Almaniyada yaşamışam. Foqtsla elə Abışov haqda danışmışıq. Mən həmkarımdan Abışovun hansı mövqelərdə oynadığını soruşdum".
Shares: