Madird "Real"ı qış “transfer pəncərəsi”ndəki ilk həmləsini gerçəkləşdirməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, "Kral Klubu" Almaniyanın "Bavariya" klubunun üzvü Danteni heyətinə qatmaq istəyir.
"Mançester Siti"nin də hədəfində olan stopper üçün “qalaktikos”un nə qədər təklif etdiyi bəlli deyil.
Münhen klubu da cəzbedici təklif gələcəyi təqdirdə Dantenin keçidinə icazə verməyi düşünür.






