Dünən İspaniya kuboku çərivəsində baş tutan “Xetafe” – “Barselona” matçı katalaonların qələbəsi ilə başa çatsa da, onlar buna çox da sevinə bilməyib. Çünki sözügedən oyunda La Liqa nəhənginin ulduz hücumçusu Neymar zədələnib.
Futbolinfo.az xəbər verir ki, İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən cavab qarşılaşmanın 22-ci dəqiqəsində zədələnən braziliyalı əvvəlcə həkimlər tərəfindən müayinə olunub meydana qayıtmaq istəsə də, bu mümkünsüz olub və o, 29-cu dəqiqədə yerini Aleksis Sançesə verib. Neymar topuğundan zədə alıb. Onun azı 3 həftə futboldan uzaq qalacağı açıqlanıb. Lakin bu müddət 1 aya qədər uzana bilər.





