"Simurq"la yollarını ayıran Orxan Səfiyaroğlunun Türkiyə klubuna baxışa getdiyini xəbər vermişdik. Futbolinfo.az gənc futbolçu ilə bağlı daha bir məlumat əldə edib.
Belə ki, Səfiyaroğlu PTT 1-ci liqasında mübarizə aparan "Adanaspor"un düşərgəsindən ayrılıb. Buna səbəb Orxanın futbolçu kimi Türkiyə təmsilçisini qane etməməsi olub. Maraqlısı ondadı ki, gənc futbolçu özü bu məlumatı təkzib edir.
Məsələni aydınlaşdırmaq üçün adıçəkilən futbolçu ilə əlaqə saxladıq. Səfiyaroğlu saytımıza açıqlamasında bunları bildirdi: "Mən "Adanaspor"da baxışda olmamışam. Çünki onlar mənə "gəl müqavilə imzalayaq" dedi. Getdikdən sonra baxışa gəldiyimi bildirdilər. Mən də geri qayıtdım".





