Türkiyə Super Liqası təmsilçilərindən “Kayserispor” yeni baş məqşçi ilə anlaşıb. Futbolinfo.az xəbər verir ki, Anadolu klubu portuqal çalışdırıcı Dominqos Pasiansa ilə 1,5 illik müqavilə imzalayıb.
“Kayserispor”un prezidenti Rəcəb Xoş bu haqda ölkə mətbuatına açıqlama verib. O xəbəri rəsmən təsdiqləyib və mütəxəssisə yeni işində uğurlar arzulayıb. Artıq Pasiensa komandanın Antalyadakı qış düşərgəsinə yollanıb.
Vaxtilə Portuqaliyada “Braqa” və “Sportinq” kimi klubları çalışdırmış 45 yaşlı məşqçi son olaraq İspaniyanın “Deportivo” klubunu çalışdırıb və ötən ilin fevralında lakorunlarla yollarını ayırıb.
Pasiensa 2010/11 mövsümüdə “Braqa” ilə Avropa Liqasında final həyəcanı yaşayıb.





