Xəbər verdiyimiz kimi, hazırda Türkiyədə  təlim-məşq toplanışında olan "İnter" ötən gün Qazaxıstanın "Aktobe" klubuyla qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, oyuna başlamazdan əvvəl 20 Yanvar faciəsində həlak olmuş həmvətənlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "İnter"in futbolçuları meydana qollarında qara sarğıyla çıxmışdılar.
 
"İnter" oyuna fəal başlayıb. Oyunda hesabı "İnter" açsa da, qazaxlar matçın son dəqiqələrində məğlubiyyətdən xilas ola biliblər. "Bankirlər"in heyətində Aleksandr İaşvili fərqlənib.
 
Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyuna baxmaq üçün stadiona təşrif buyurmuşdular.
 
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 22-də keçirəcək. Rəqib barədə məlumat veriləcək.
Shares: