Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, “Antalyaspor” klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesabı ilə qələbə qazanıb.
Türkiyə təmsilçisinin qapısına qolları Ümit Sönməz (2 qol), İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov vurub.





