Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Futbolinfo.az Kazan təmsilçisinin Türkiyə “Kayserispor”u ilə oyunundan (2:0) hazırlanmış videoçarxı diqqətinizə çatdırır.
Xatırladaq ki, Abışov start heyətində meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.





