Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı yığma məşqçilərinin reytinq siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Visente del Boske planetin ən yaxşısı olub.
O, 161 xal toplayıb. İspaniyalı ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə bu ada layiq görülüb. Almaniya millisinin çalışdırıcısı Yoahim Löv 101 xalla ikinci, Braziliyanı çalışdıran Luis Felipe Skolari isə 74 xalla üçüncü olub. İlk “beşliy”i 54 xalla Belçikanı çalışdıran Mark Vilmots və 40 xalla Kolumbiyanın baş məşqçisi Xose Pekerman tutub.





