Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gecə həm A, həm də B qruplarında 3-cü turun görüşləri baş tutub.
A qrupunda "Sivasspor" öz meydanında "Akhisar BS" üzərində qələbəyə sevinib. "Bursaspor" isə "Əskişəhərspor"u məğlub edib.
B qrupunda "Qalatasaray" səfərdə "Elazığspor"un qonağı olub. İstanbul nəhəngi bu qarşılaşmada məğlub olub. "Antalyaspor" isə doğma meydanda "Tokatspor"u darmadağın edib – 6:1.
Türkiyə Kuboku
Qrup mərhələsi
22 yanvar
A qrupu
Sivaspor – Akhisar BS – 2:1
Bursaspor – Əskəşəhərspor – 4:1
| 1 | Bursaspor | 3 | 2 | 1 | 0 | 6 | 2 | +4 | 7 |
| 2 | Akhisar BS | 3 | 1 | 1 | 1 | 3 | 2 | +1 | 4 |
| 3 | Sivasspor | 3 | 1 | 0 | 2 | 3 | 5 | –2 | 3 |
| 4 | Əskişəhərspor | 3 | 1 | 0 | 2 | 3 | 6 | –3 | 3 |
B qrupu
Elaziğspor – Qalatasaray – 1:0
Antalyaspor – Tokatspor – 6:1
| 1 | Antalyaspor | 3 | 1 | 2 | 0 | 8 | 3 | +5 | 5 |
| 2 | Elazığspor | 3 | 1 | 2 | 0 | 4 | 3 | +1 | 5 |
| 3 | Qalatasaray | 3 | 1 | 1 | 1 | 3 | 2 | +1 | 4 |
| 4 | Tokatspor | 3 | 0 | 1 | 2 | 3 | 10 | –7 | 1 |





