Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.
Xatırladaq ki, ilk oyun günündə "Roma" doğma meydanda "Yuventus"la qarşılaşmadan qalib ayrılaraq ilk yarımfinalçı olmuşdu.
Bu mərhələnin ikinci qarşılaşmasında "Milan" doğma meydanda "Udineze" ilə qarşılaşıb. Görüş qonaq komandanın qələbəsiylə başa çatıb. Nəticədə, "Udineze" yarımfinala yüksəldiyi halda, onsuz da çətin günlərini yaşayan milanlılar daha bir ağır zərbə alıblar.
İtaliya Kuboku
1/4 final
21 yanvar
Roma – Yuventus – 1:0
22 yanvar
Milan – Udineze – 1:2
23 yanvar
Fiorentina – Syena
29 yanvar
Napoli – Latsio





