"Monako"nun qolçusu Radamel Falkao zədələnib. Futbolinfo.az xəbər verir ki, dünən Fransa kuboku çərçivəsində “Monts Or Azerques"lə matçda (3:0) xəsarət alan kolumbiyalı sol dizində ciddi problem yaşayıb.
Birinci hissənin sonlarında baş verən epizod zamanı Falkao ayağa qalxa bilməyib və meydanı xərəklə tərk edib. Radamelin zədəsi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun uzun müddət yaşıl meydanlardan uzaq qalma ehtimalı var. Hətta Fransa mətbuatı onun zədə ucbatından DÇ-2014-ü də qaçıra biləcəyini yazıb.
Falkao cari mövsümün əvvəlindən “Monako”da çıxış edir.





