“Qarabağ”la oyundan sonra Lənkərana qayıtmayan və Bakıda qalıb məşqləri davam etdirən “Xəzər Lənkəran”ın doğma şəhərə nə zaman dönəcəyinə aydınlıq gəlib. Bu barədə futbolinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi “ağ yaşıllar”ın yalnız oyun günündən bir gün öncə doğma şəhərə qayıdacağını bildirib:
“Komandamız yalnız fevralın 7-də Lənkərana qayıdacaq. Çünki hazırda stadiolarımızın ot örtüyü qar altındadır. Həm yarımçı meydança, həm də əsas yaxşı vəziyyətdə deyil. Bu gündən artıq işlərə başlanılıb və oyun günüə stadion tam hazır olacaq”.





