Türkiyə Superliqasında çempionluğun ən real namizədi olan "Fənərbaxça" qış “transfer pəncərəsi”nin son saatlarında böyük bir işə imza atmaq istəyir. Futbolinfo.az xəbər verir ki, rəhbərlik “Çelsi”nin qolçusu Demba Banı heyətə qatmaq üçün danışıqlar aparır.

Komandanın əsas hücumçusu – Emmanuel Emenikenin 3-4 həftə komandaya kömək edə bilməyəcəyi dəqiqləşəndən sonra “bülbüllər” bu addımı atıb. İsyanbul klubu seneqallını icarəyə götürmək üçün rəsmi təklif göndərib.

Hər şey baş məşqçi Joze Mourinyonun verəcəyi qərardan asılıdı.

Shares: